Almaniyalı alimlər adi çöl gülü – knikusun sinir toxumasını bərpa etdiyini üzə çıxarıblar. Tədqiqatlar təsdiqləyib ki, “Cnicus benedictus”un tərkibində olan knisin adlı birləşmə sinir toxumasını bərpa edir.
Araşdırmanın nəticələri “Phytomedicine” jurnalında dərc olunub. Knikus, həm də aptek Benedikti adlanır və isti çöllərdə yayılıb. Buna Qafqazda da çox rast gəlinir.
Bitkidən qədimdən xalq təbabətində geniş istifadə olunub. Daha çox həzm sisteminin müalicəsində təsirli olduğu deyilir. Çayı, dəmləməsi və məlhəmlərindən istifadə edilir.
Lakin alman alimləri yeni eksperimentdə bitkidə olan birləşmənin sinir liflərini – aksonların böyüməsini sürətləndirdiyini sübut ediblər. Onlar bu təsiri heyvan və insan hüceyrələrində apardıqları təcrübədə əldə ediblər.
Z.HÜSEYNLİ
XQ