Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 7-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-24°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-55 faiz olacaq.
Azərbaycanın rayonlarında: Əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 34-39°, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacaq.
Q. QASIMOV
XQ