Ermənistanda nümayişçilər polislə toqquşub

post-img

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərin xarici işlər naziri Ararat Mirzoyanla görüşə gəldiyi Xarici İşlər Nazirliyinin binası yaxınlığında polislə nümayişçilər arasında toqquşmalar baş verib. Məlumatı “İnterfaks.ru” verib. 

“İnterfaks”ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, polis etiraz hərəkatının ən fəal iştirakçılarını həbs edir.

Mayın 4-də Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə İrəvanda Ermənistan hakimiyyətinin Azərbaycanla sərhədlərin delimitasiyası məsələsi ilə bağlı siyasətinə qarşı etiraz aksiyaları elan edib. Arxiyepiskop Paşinyanın istefasını tələb edib.

Mayın 26-da müxalifətin İrəvanın mərkəzində keçirilən mitinqində Qalstanyan Ermənistanın baş naziri postuna namizəd təklif olunub. Arxiyepiskop bildirib ki, o, bütün ermənilərin katolikosundan kilsədəki xidmətini dondurmağı xahiş edib.

Baş nazir Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası məsələsində hakimiyyətin siyasətinə qarşı çıxan erməni din xadimlərinin xarici agent olduqlarını istisna etməyib.

 

P.ƏMİRCANOV

XQ

Dünya