Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Rusiya NATO ilə hərbi münaqişədə maraqlı deyil, çünki alyansın daha çox resursu var. Bununla belə, onun sözlərinə görə, Brüsseldə mümkün münaqişəyə hazırlıq gedir. Bu baxımdan, Macarıstan hakimiyyəti ölkənin alyansın özündən kənar əməliyyatlarda iştirak etmədən NATO-ya necə üzv ola biləcəyini araşdırır.
“NATO tarixində Macarıstanın indiki kimi bir üzv dövlətin bu qədər açıq şəkildə xüsusi mövqe tutduğu bir çox vəziyyət olmayıb. Ona görə də onun hərbi alyansdakı roluna yenidən baxılmalıdır. Hazırda hüquqşünaslarımız və hərbçilərimiz bununla məşğuldur. Bu məsələni Macarıstan diplomatiyası həll etməlidir”, - Viktor Orban "Kossuth" radiosunun efirində bildirib.
Baş nazir qeyd edib ki, Avropanın niyə iki slavyan dövləti arasındakı münaqişəni “təcrid etmək istəmədiyini” və həm Ukrayna, həm də Rusiya ilə hərbi məsələlərdə qarşılıqlı əlaqədə olmadığını başa düşmür. O qeyd edib ki, bu, Aİ ölkələrinin militarizasiyasına gətirib çıxarır. Viktor Orban, həmçinin ötən əsrin hərbi münaqişələrini Aİ-nin əsas problemlərinin – miqrasiya və demoqrafiyanın səbəbkarı adlandırıb.
Bu ilin əvvəlində Avropa İttifaqı Macarıstanın mövqeyinə görə Ukraynaya 50 milyard avro yardım ayrılması ilə bağlı razılığa gələ bilməyib. Budapeşt vetonu ləğv edib, çünki "puldan ağlabatan istifadə" zəmanəti alıb.
S.ELAY
XQ