Cahit Bağçı: Azərbaycanın COP29-u təşkil etməsi böyük uğur hekayəsidir

post-img

“COP29 qlobal səviyyədə izlənilən bir tədbirdir, həmin tədbir zamanı müxtəlif məsələlər dünya ictimaiyyətinin diqqət mərkəzində olur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı söyləyib.

Səfir xatırladıb ki, Azərbaycan buna qədər 4 il Qoşulmama Hərəkatına yüksək səviyyədə sədrlik edib. Həmçinin İslam Konfransı Təşkilatının bir çox Zirvə görüşlərinə və İslam Həmrəylik Oyunlarına da ev sahibliyi edib. O, Azərbaycanın bu il COP29-u təşkil etməsini böyük uğur hekayəsi adlandırıb.

Siyasət