ABŞ Gürcüstanla münasibətlərinə yenidən baxa bilər

post-img

Amerika Birləşmiş Ştatları Tbilisidə qəbul edilmiş xarici təsirlər haqqında qanunla əlaqədar Gürcüstanla ikitərəfli münasibətlərə yenidən baxmağa başlayır. Bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda Blinken deyib: “Bu gün mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıram”.

Dövlət katibi vurğulayıb ki, “ölkələrimiz arasında münasibətləri nəzərdən keçirərkən, öz qərarlarımızı qəbul edərkən Gürcüstanın hərəkətlərini nəzərə alacağıq”.

O, ümid etdiyini bildirib ki, “Gürcüstan liderləri qanuna yenidən baxacaq və ölkələrinin demokratik və Avro-Atlantik istəklərinə nail olması üçün addımlar atacaqlar”.

 

P.ƏMİRCANOV

XQ

Dünya