Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı

post-img

Bu gün Rusiya Prezidenti Vladimir Putin özbək həmkarı Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb. Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Özbəkistan-Rusiya çoxşaxəli əməkdaşlığının daha da genişləndirilməsi, hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi məsələləri nəzərdən keçirilib”, - deyə Özbəkistan prezidentinin saytında bildirilir.

Putin və Mirziyoyev sammitin yekunları üzrə əldə olunmuş razılaşmaların icrasını və qarşıdan gələn ikitərəfli tədbirlərin qrafikini də müzakirə ediblər. Prezidentlər ticarət dövriyyəsinin artırılması, aparıcı müəssisələr arasında əməkdaşlıq layihələrinin həyata keçirilməsi, mədəni-humanitar mübadilə proqramlarının təşviqi məsələlərinə xüsusi diqqət yetiriblər.

 

P.ƏMİRCANOV

XQ

Dünya