Astanada Şanxay Əməkdaşlıq Təşkilatı XİN Başçıları Şurasının iclası başlayıb

post-img

Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası açılıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan Respublikası Baş nazirinin müavini - Xarici İşlər naziri Murat Nurtleu ŞƏT Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

Qazaxıstan tərəfinin sədrliyi ilə keçiriləcək birgə iclasda nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq və regional vəziyyət, təhlükəsizlik məsələləri və ŞƏT çərçivəsində siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar. 

İclasdan əvvəl ŞƏT ölkələrinin xarici işlər nazirləri birgə foto çəkdiriblər. İclasda İranı mərhum xarici işlər nazirinin yerinə İran diplomatik idarəsi rəhbərinin müavini Mehdi Səfər təmsil edir. 

 

P.ƏMİRCANOV

XQ

Dünya