Stella Assanj Ali Məhkəmənin önündə açıqlama verib

post-img

Bu gün Britaniya hakimləri London Ali Məhkəməsində Culian Assanjın ABŞ-a ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı öz qərarlarını açıqlayacaqlar. AZƏRTAC xəbər verir ki, Culian Assanjın həyat yoldaşı Stella Assanj məhkəmə öncəsində mətbuata danışıb.

O, bu gün məhkəmənin qarşısına toplaşan və dünyanın bir çox ölkəsində Culian Assanjı dəstəkləyən minlərlə insana təşəkkür edib və məhkəmənin düzgün qərar verəcəyinə ümid etdiyini deyib.

“Əgər məhkəmə düzgün qərar verməsə biz o zaman təcili olaraq Avropa İnsan Haqları Məhkəməsinə baş vuracağıq”, - deyə o, açıqlamasında bildirib.

Məhkəmə London saatı ilə saat 10-da başlayıb. Yekun qərarın günorta saatlarına doğru açıqlanmağı gözlənilir.

Qeyd edək ki, Culian Assanjın qardaşı Qabriel Şipton və atası Con Şipton da hazırda Londondadırlar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Dünya