Çin və Rusiya suverenliyin və təhlükəsizliyin qorunmasında bir-birini dəstəkləyir və kənar müdaxilələrə müqavimət göstərir. Bunu mayın 17-də Rusiya Prezidenti Vladimir Putinin ÇXR-ə səfərinin yekunlarına dair brifinqdə Çin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya departamentinin direktoru Lyu Bin bildirib. Məlumatı “İzvestiya.ru” verib.
“Hər iki tərəf suverenliyin, təhlükəsizliyin və inkişaf maraqlarının qorunmasında bir-birini dəstəkləyir, həmçinin xarici qüvvələrin daxili işlərə müdaxiləsinə qarşı mübarizə aparır”, - diplomat qeyd edib.
Bin vurğulayıb ki, Rusiya və Çin “tarixin doğru tərəfində möhkəm dayanmaq” və qlobal təhlükəsizliyin qorunmasında konstruktiv rol oynamaq məsuliyyəti və öhdəliyinə malikdir.
P.ƏMİRCANOV
XQ