ABŞ-da qasırğa nəticəsində azı 4 nəfər ölüb

post-img

ABŞ-ın Texas ştatının Hyuston şəhərində qasırğa nəticəsində azı 4 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, güclü külək nəticəsində şəhərin müxtəlif ərazilərində binaların şüşələri sınıb, ağaclar aşıb, elektrik xətləri kəsilib.

Səlahiyyətlilər küləyin güclənməsi və tornadoların əmələ gəlməsi ehtimalını açıqlayıb.

 

 

 

Dünya