BMT maliyyə çətinlikləri fonunda qərargahda məhdudiyyətlər qoyur

post-img

Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə çətinlikləri fonunda xərcləri azaltmaq üçün qərargahında bir sıra məhdudiyyətlər tətbiq edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, xərclərə qənaət edən tədbirlər arasında operatorların və tərcüməçilərin iş vaxtından artıq işləməsinə qadağa, BMT-nin Manhettendəki mənzil-qərargahında iş saatlarının məhdudlaşdırılması, həmçinin yeni işçilərin işə qəbulunun dondurulması daxildir.

Agentlik qeyd edir ki, Birləşmiş Ştatlar da daxil olmaqla əsas donorlar tez-tez ödənişlərini gecikdirdiyi üçün BMT uzun müddətdir maliyyə çətinlikləri yaşayır. Çətinliklər, həmçinin COVID-19 pandemiyası və ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının humanitar və inkişaf səyləri üçün maliyyəni azaltmaq qərarı ilə daha da ağırlaşıb.

Qəzzadakı vəziyyət və Ukrayna münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının əsas iclaslarının sayı da maliyyə çətinlikləri səbəbindən azalıb. BMT Təhlükəsizlik Şurasının bir iclasının keçirilməsi təxminən 15 min dollara başa gəlir.

Dünya