Fransız filosof: Bu, əsl vətəndaş müharibəsidir

post-img

Yeni Kaledoniyada baş verən iğtişaşlar Fransada vətəndaş müharibəsi sayıla bilər. Bu fikri fransız filosof Mişel Onfre mayın 16-da “Europe-1” radiostansiyasına söyləyib. Məlumatı “İzvestiya.ru” verib. 

“Fransızlar digər fransızlara hücum edir. Təəssüf ki, mən çoxdandır ki, aşağı intensivlikli vətəndaş müharibəsi barədə xəbərdarlıq edirəm. Amma indi bu, aşağı intensivlikli müharibə deyil, bu, əsl vətəndaş müharibəsidir”.

“Avropa-1”-in məlumatına görə, Yeni Kaledoniyadakı iğtişaşlar irqçi çalarlara malik ola bilər, çünki müstəqillik tərəfdarları adanın paytaxtında tez-tez ağdərili sakinlərin evlərinə hücum edirlər. Bunu şərh edən Onfre davam edən toqquşmaları uğursuz “kreolizasiya” (müxtəlif etnik mədəniyyətlərin qarışması) siyasətinin nəticəsi adlandırıb.

“Ağ insanlar çöldə” nə deməkdir? [Ağ] insanlar bir əsrdən artıqdır ki, burada yaşayırlar. Biz əcdadlarımızın əsr yarım əvvəl, hətta 1492-ci ildə etdiklərinə görə cavabdeh deyilik”, - deyə filosof bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya