Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

post-img

Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən hərbi paradda çıxış edərkən bildirib ki, İkinci Dünya müharibəsi ilə bağlı həqiqətləri təhrif etməyə çalışırlar.

AZƏRTAC xəbər verir ki, Vladimir Putin doğma torpaqlarını müdafiə edən, nasizmi darmadağın edən, Avropa xalqlarını azad edən insanların xatirəsinin bu gün ehtiramla yad edildiyini söyləyib.

 

“Bu gün İkinci Dünya müharibəsi ilə bağlı həqiqətlərin təhrif edilməsinə çalışıldığını görürük. Bu, əslində müstəmləkə siyasətini riyakarlıq və yalan üzərində qurmağa alışanlara mane olur”, - deyə o bildirib.

 

O əlavə edib ki, revanşizm, tarixi təhrif etmək, nasistlərin indiki davamçılarına bəraət qazandırmaq cəhdi Qərb elitalarının yeni regional münaqişələrin, millətlərarası və dinlərarası düşmənçiliyin qızışdırılması, qlobal inkişafın suveren, müstəqil mərkəzlərinin qarşısının alınması üzrə ümumi siyasətinin bir hissəsidir.

 

Putin vurğulayıb ki, Rusiya indi çətin, keçid dövrünü yaşayır və qlobal toqquşmanın qarşısını almaq üçün əlindən gələni edəcək.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya