Çinin cənubundakı Quandun əyalətində avtomagistralın çökməsi nəticəsində 18 avtomobil dağıntılar altında qalıb. Bu barədə mayın 1-də Çinin Mərkəzi Televiziyasına istinadən “İzvestiya.ru” məlumat yayıb.
Hadisənin təxminən gecə saat 2.10-da (Moskva vaxtı ilə aprelin 30-u, 21.10) baş verdiyi bildirilir. “Fövqəladə hadisə nəticəsində 18 avtomobil dağıntılar altında qalıb, 31 nəfər xilas edilib. Onların hamısı xəstəxanaya göndərilib”, - materialda deyilir.
Xilasedicilər və yanğınsöndürənlər hadisə yerində işlərini davam etdirirlər. Hadisənin səbəbi müəyyənləşdirilir.
P.ƏMİRCANOV
XQ