Tasmaqambetov: KTMT Ermənistanla bağlı öhdəliklərini sadiqdiq

post-img

Ermənistanın KTMT tədbirlərində iştirakını dayandırmaq qərarına baxmayaraq, təşkilat İrəvan qarşısında öhdəliklərini tamamilə saxlayır. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “İzvestiya”ya müsahibəsində deyib.

“Ermənistan, həqiqətən də, KTMT-nin işində iştirakını məhdudlaşdırıb, lakin əsas odur ki, qarşılıqlı fəaliyyət mexanizmləri işləyir və təşkilatın gündəliyi üzərində iş davam edir. KTMT-nin Ermənistan qarşısında bütün öhdəlikləri təşkilatın nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq qalır”.

Tasmaqambetov vurğulayıb ki, Ermənistan rəhbərliyi təşkilatdan çıxmaq qərarına gəlsə, bu, Ermənistanın suveren hüququ olacaq.

P.ƏMİRCANOV
XQ

Dünya