İzabel Bonnal: Bakı, həqiqətən də, dünyanın idman paytaxtı olmağa layiqdir

post-img

Azərbaycan dünya idmanına töhfə vermiş ölkə kimi tanınır. Bunu Monakonun təhsil, gənclər və idman naziri İzabel Bonnal Bakının 2026-cı ildə dünyanın idman paytaxtı adına namizədliyi ilə bağlı Milli Gimnastika Arenasında təşkil olunan mətbuat konfransında deyib.

O, idmanın dünya paytaxtlarının sakinləri üçün faydalarını vurğulayıb.

“Sevindirici haldır ki, Bakının küçələrində müxtəlif yaş qruplarından olan insanların idmanla məşğul olduğunu görmək olar. Təlim bazalarına baş çəkdik, yaradılan şəraitlə tanış olduq. Deyə bilərəm ki, Bakı, həqiqətən də, dünyanın idman paytaxtı olmağa layiqdir”, - İ.Bonnal qeyd edib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya