Devid Kemeron Tacikistandadır

post-img

Bu gün Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Tacikistana gəlib. Məlumatı “Anadolu” verib. 

Tacikistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, onu Düşənbə Beynəlxalq Hava Limanında xarici işlər nazirinin birinci müavini İsmatullo Nasredin və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Kemeron Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən qəbul ediləcək, həmçinin xarici işlər naziri ilə görüşəcək.

Tərəflər iki ölkə arasında mövcud vəziyyəti və əməkdaşlığın perspektivlərini, həmçinin regional məsələləri müzakirə edəcəklər.

P.ƏMİRCANOV
XQ

Dünya