Rusiya son 10 ildə ilk dəfə Cənubi Koreyanın əsas alüminium tədarükçüsü olub

post-img

Mart ayında Cənubi Koreya 90,9 milyon dollara 39,1 min ton Rusiya alüminiumu alıb. Bu, fiziki və pul baxımından əvvəlki ayla müqayisədə 45% çoxdur. Bunun sayəsində ötən ay Rusiya Cənubi Koreyanın əsas təchizatçısı olub. RİA Novosti statistika xidmətinə istinadən xəbər verir ki, Rusiya sonuncu dəfə 2014-cü ildə tədarükdə lider olub.

Rusiya alüminiumunun mart ayında Cənubi Koreyaya tədarük həcmi 2012-ci ilin iyunundan bu yana ən yüksək həddə çatıb. Avstraliya keçən ay 34,9 min tonla Cənubi Koreyaya alüminium ixracatında ikinci sıraya geriləyib.

Aprelin 12-də ABŞ və Böyük Britaniya Rusiyadan alüminium, mis və nikelin idxalını, habelə onların Çikaqo Ticarət Birjasında (CME) və London Metal Birjasında (LME) ticarətini qadağan edib. Bloomberg yazır ki, həmin gün LME-də alüminiumun qiyməti 9,4% artıb ki, bu da 1987-ci ildən bəri ən yüksək göstəricidir. Norilsk Nikel və Rusalın səhmlərinin qiymətləri də ucuzlaşıb. Sonuncu, "Kommersant"a görə, 1,5 milyon ton ixracı itirə bilər.

S.ELAY

XQ

Dünya