Qlobal müdafiə xərcləri tarixi rekorda çatıb

post-img

Qlobal müdafiə xərcləri tarixi rekorda çatıb. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.

Hesabata görə, 2023-cü ildə qlobal hərbi xərclər 2,443 trilyon dollara çatıb. Bu rəqəm 2022-ci illə müqayisədə 6,8% çoxdur. Artım 2009-cu ildən bəri ən yüksək artım olub və qlobal müdafiə xərcləri institutun indiyə qədər qeydə aldığı ən yüksək səviyyəyə çatıb.

Bu il ümumi hərbi xərclər qlobal ÜDM-in 2,3%-ni təşkil edib. Bu sahədə ən çox xərclərin olduğu ilk beş ölkə ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı olub. Qlobal hərbi xərclərin 61%-i bu dövlətlərin payına düşür.

ABŞ və Çin bu dünya reytinqində liderdir, onların bu il hərbi xərcləri müvafiq olaraq 916 milyard və 296 milyard dollar təşkil edib. Bu iki dövlət bütün qlobal müdafiə xərclərinin təxminən yarısını təşkil edir.

Ukrayna 64,8 milyard dollarla səkkizinci yerdədir.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, müdafiə məsələləri Aİ-də siyasətin əsas mövzusuna, müdafiə təşəbbüsləri Avropa siyasətinin “ürəyinə” çevrilməlidir.

S.ELAY

XQ

Dünya