“Ərdoğanın Bağdad səfəri “kvant sıçrayışı”na səbəb olacaq”

post-img

İraq hökumətinin sözçüsü Bəsim əl-Avvadi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bağdada səfərinin iki ölkə arasında münasibətlərdə “kvant sıçrayışına” səbəb olacağını bildirib. 

Avvadi “Anadolu” agentliyinin (AA) müxbiri ilə söhbətində Prezident Ərdoğanın 22 apreldə İraqa səfərinin iki ölkə münasibətlərinə təsirini və bu səfərdən gözləntiləri dəyərləndirib.

Prezident Ərdoğanın İraqa səfəri üçün hazırlıqların təxminən bir il əvvəl başladığını qeyd edən Əvvadi deyib: “Prezident Ərdoğanın bu səfəri ilə İraq-Türkiyə münasibətlərində mühüm və keyfiyyətli sıçrayış olacaq”.

Sözçü deyib ki, Ərdoğanın Bağdada səfəri zamanı müzakirə olunacaq “su məsələsi, İnkişaf Yolu layihəsi, PKK terror təşkilatının İraqda olması və türk şirkətlərinin İraqdakı sərmayələri ilə bağlı birgə komissiyaların işi müzakirə ediləcək. 

P.ƏMİRCANOV
XQ

Dünya