"Haker"lər illərdir "Volkswagen"dən texniki məlumatları oğurlayıblar

post-img

Alman avtomobil istehsalçısı Volkswagen (VW) etiraf edib ki, on il əvvəl "haker"lər ondan böyük miqdarda texniki məlumat oğurlayıblar. Şirkət vəziyyətin təfərrüatlarını açıqlamaqdan imtina edib. Bundan əvvəl Almaniyanın "Der Spiegel" və ZDF nəşrləri şirkətdəki mənbələrə istinadən yazıblar ki, 2010-2015-ci illər ərzində hakerlər VW-dən müxtəlif texniki məlumatların olduğu 19 minə qədər faylı oğurlayıblar.

Onların fikrincə, "haker"ləri ilk növbədə daxili yanma mühərrikləri, sürət qutuları, transmissiyalar, eləcə də elektromobillər, onlar üçün akkumulyatorlar və s. sahəsində baş verən tədqiqatlara dair məlumatlar kimi sahələrə aid sənədlər maraqlandırıb. Kibertəhlükəsizlik üzrə ekspertlər "haker" Çinlə əlaqəli ola biləcəyi ilə bağlı fərziyyələrini irəli sürüblər. Sübutlar arasında onlar Çin IP ünvanlarını, fərqli casus proqramları və "haker"lərin adətən hücumlara başladığı vaxtı göstəriblər. Çinin Almaniyadakı səfirliyi artıq bu iddiaları "hədsiz" adlandırıb və kibercasusluğun istənilən formasını pislədiyini bildirib.

S.ELAY

XQ

Dünya