Sel və daşqınlar Qazaxıstanda yeddi adamın həyatına son qoyub, təhlükəsiz ərazilərə 116 mindən çox adam köçürülüb

post-img

Son məlumata görə, sel və daşqınlar Qazaxıstanda yeddi adamın həyatına son qoyub. Bu rəqəmin dördü Atırau, qalanları isə digər vilayətlərin payına düşür.  

Aktube, Kustanay, Akmola, Qərbi Qazaxıstan, Karakanda, Atırau, Şumali Qazaxıstan və Ulıtay vilayətlərində fövqəladə hallar rejimi davam edir. İndiyədək bu vilayətlərdən təhlükəsiz ərazilərə 116 mindən çox adam köçürülüb, bunun təxminən 40 mini uşaqdır.       

Təbii fəlakət zonalarında 5, 7 min ev, 1,1min bağ sahəsi hələ də su altındadır. Qəza-xilasetmə işlərinə 35 mindən çox canlı qüvvə, 4 mindən  artıq texnika, həmçinin helikopter və qayıqlar cəlb edilib. 

Təbii fəlakət zonalarında olan 60 yaşayış məntəqəsində yerüstü nəqliyyatın  hərəkətini hələ də bərpa etmək mümkün olmayıb. 

İnsanlara fasiləsiz olaraq humanitar yardım verilir, evləri tam dağılan vətəndaşlar yeni ev və mənzillərlə təmin olunur, onlara kompensasiya ödənilir.       

Neft regionları olan Aktube və Atırau vilayətlərində 634 neft quyusunun işi dayandırılıb, 16 min ton neftin çıxarılması mümkün olmayıb. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Astana   

  

 



Dünya