Hüquqi nəşrlərdən necə istifadə edirik?

post-img

Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində məqalə dərc edən jurnallarla əlaqədar hüquqşünaslar arasında sorğu keçirir. Sorğunun məqsədi ölkəmizdə dərc edilən hüquq jurnalları barədə hüquqşünaslarımızın fikir, təklif və iradlarını bir araya toplamaqdan, onların bu nəşrlərdən hansı formada yararlanmasını üzə çıxarmaqdan ibarətdir. Eyni zamanda institut əməkdaşları sorğunun nəticəsi olaraq  hüquq sahəsində dərc edilən jurnalların vahid elektron bazasını yaradacaq və bu sahədə çalışanların, eləcə də hüquqşünaslıq ixtisasına yiyələnmək istəyən tələbələrin istifadəsinə verəcək.

Sorğuda 26 aprel 2024-cü il tarixədək iştirak etmək mümkündür.

Aşağıdakı linkə daxil olmaqla sorğuda iştirak etmək mümkündür:

https://forms.gle/CzvWZYqqyviV7hi2A 

Qabil YUSİFOĞLU
XQ

Sosial həyat