Zaxarova: Moskva İrəvandan aydın cavab gözləyir

post-img

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 18-də bildirib ki, Qərb Ermənistana Qafqazda “yanğın törətmək” üçün yalnız alət rolunu verir. Məlumatı “İzvestiya.ru” verib. 

“Ermənistana yalnız ABŞ və Aİ-nin yeni böyük yanğını alovlandırmaq istədiyi alət rolu verilir. Birləşmiş Ştatlar və kollektiv Qərb bunu etməyi öyrənib”, - deyə o, brifinqdə deyib.

Diplomatın fikrincə, Qərb dövlətləri Ermənistan və Rusiya arasında təhlükəsizlik və iqtisadi sahədə əlaqələri pozmaq, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və KTMT çərçivəsində regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini pozmaq məqsədi güdürlər.

Zaxarova vurğulayıb ki, Moskva İrəvanın aydın reaksiya verəcəyini və aprelin 5-də Brüsseldə keçirilən görüşdə ABŞ və Avropa İttifaqı ilə əldə edilmiş hərbi-siyasi razılaşmalar barədə məlumatı təkzib edəcəyini gözləyir.

Eyni zamanda, diplomat qeyd edib ki, bu tədbirdə Ermənistana Rusiya bazalarını və sərhədçilərini Qərb ölkələrinin mütəxəssisləri ilə əvəz etməklə bağlı planlarının təlqin edildiyi ortaya çıxsa, Rusiya təəccüblənməyəcək.

P.ƏMİRCANOV
XQ

Dünya