“TON Society” süni intellekt həllərinin işlənib hazırlanmasında ixtisaslaşan “HumanCode” şirkəti ilə birlikdə “Telegram” istifadəçiləri üçün biometrik autentifikasiyanı inteqrasiya edir. Bu əməkdaşlığın əsas məqsədi innovativ biometrik yoxlama sisteminin yaradılması və tətbiqidir.
Yenilik “Telegram” istifadəçilərinə ovuc izlərini skan edərək şəxsiyyətlərini təsdiq etməyə imkan verəcək. Bu təşəbbüs təkcə identifikasiya üçün deyil, həm də botlarla mübarizə üçün hazırlanır.
Bildirilir ki, texnologiya kriptovalyutaların “Airdrop” və əməliyyat təhlili kimi yüksək orijinallıq və məxfilik tələb edən əməliyyatlarda əsas rol oynayacaq.
Rizvan FİKRƏTOĞLU
XQ