Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib

post-img

AMEA Qafqazşünaslıq İnstitutunda elmi seminar təşkil olunub.

XQ xəbər verir ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı giriş sözü ilə çıxış edərək araşdırmaların metodologiyasına dərindən yiyələnməyin və mənbələri bilməyin vacibliyindən danışıb. 

Tarix elmləri doktoru, professor Anar İsgəndərov “Araşdırmalarda mənbələrin rolu” mövzusunda məruzə edib.

Sonda müzakirələr aparılıb. Elmi seminarda institutda istehsalat təcrübəsi keçən Azərbaycan universitetlərinin tələbələri də iştirak ediblər.

Anar ƏLİ
XQ

Elm