Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə Avropa İttifaqının töhfəsinin səmərəsiz olduğunu vurğulayır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib: “Biz hər gün daha çox əmin oluruq ki, Aİ-nin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına heç bir müsbət töhfəsi yoxdur. Əksinə, Avropa İttifaqının nümayəndələri müxtəlif təxribatlarla, kəşfiyyat fəaliyyəti ilə məşğuldurlar, təbliğat aparırlar. Təəccüblü deyil ki, bu, Cənubi Qafqazda yaranan istənilən məsələnin region daxilində və xaricdən dağıdıcı müdaxilə olmadan burada yerləşən bütün ölkələrin maraqları çərçivəsində həll edilməli olmasında birləşən region ölkələri arasında təbii rədd cavabı verir”.
Zaxarova qeyd edib ki, Aİ və NATO Azərbaycan-Ermənistan nizamlanmasına real yardım məqsədini qarşısına qoymur: “Qərb Cənubi Qafqazı daha bir geosiyasi rəqabət meydanına çevirərək, yerli sakinlərin maraqlarına məhəl qoymadan hərbiləşdirməni, faktiki olaraq, regionun yaxın gələcəkdə dinc inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasına son qoyulmasını davam etdirir”.
Zaxarova qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlindən gələni edib: “Rusiya vicdanlı bir makler kimi Azərbaycan və Ermənistan arasında münasibətlərin həlli üçün əlindən gələni edib”.
P.ƏMİRCANOV
XQ