“The Jerusalem Post”: İsrail İranın zərbəsinə cavab vermək qərarına gəlib

post-img

The Jerusalem Post” öz mənbələrinə istinadən yazır ki, İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyənləşdirib. Onların sözlərinə görə, hazırda İsrail hərbçiləri cavab zərbəsinin vaxtı ilə bağlı qərar verməyiblər, çünki bu, müəyyən hazırlıq tələb edir.

“The Jerusalem Post” qeyd edir ki, İsrail regionda eskalasiyanın qarşısını almaq üçün cavab zərbəsinin mənfi nəticələrini minimuma endirməyə çalışır. Bu arada, cavab hücumu ilə bağlı qərar ona hazırlıq mərhələsində dəyişə bilər, qəzetin həmsöhbətləri deyirlər.

Mənbələr hansı zərbənin vurulacağını dəqiqləşdirməyiblər. “The Jerusalem Post” yazır ki, nüvə obyektlərinə zərbələr endirmək və ya pilotsuz təyyarələr və ballistik raketlərlə ölkə ərazisinə hücumlar mümkündür. İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyalar və ya kiberhücum da nəzərdən keçirilir.

İranın hücumuna aprelin 1-də İsrailin Dəməşqdəki diplomatik korpusuna hücumu səbəb olub. Buna cavab olaraq aprelin 14-də İran  yüzlərlə pilotsuz təyyarə və raketlərlə İsrail ərazisinə hücum edib.

S.ELAY

XQ

Dünya