Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə danışıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn-Salman ibn-Əbdüləziz Əl-Səud ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatında deyilir. Xəbəri “Anadolu” verib. 

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, beynəlxalq və regional məsələlər müzakirə edilib.

Türkiyə lideri İsrailin Fələstinə təcavüzünün və Təl-Əvivin Qəzza zolağında atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsinin dayandırılması üçün İslam dünyası ölkələri birliyinin və səylərin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

 

P.ƏMİRCANOV

XQ

Dünya