Fransanın bir şəhərinin merinin evindən 70 kiloqram narkotik maddə tapılıb

post-img

Fransız jandarma əməkdaşları axtarış zamanı Avallon şəhərinin meri Djamila Habsaouinin evinin yardımçı binasında ən azı 70 kiloqram kannabis (narkotik maddə) aşkar ediblər. Bu barədə BFMTV kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, əməliyyat narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə kampaniyası çərçivəsində həyata keçirilib. Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları bələdiyyə sədrinin qardaşının qadağan olunmuş maddələrin ticarəti ilə məşğul olduğunu müəyyən ediblər. Habsaoui 2021-ci ildə Avallon şəhərinin meri seçilib.

XQ

Dünya