Rusiyaya qarşı təzminat iddiası gündəmdədir

post-img

Aprelin 2-də Haaqada hökumətlərarası konfrans keçirilib. Konf­ransda Ukraynaya dəyən zərərin qiymətləndirilməsi reyestrinin (RD4U) fəaliyyətə başladığı elan edilib. Ötən il Avropa Şurasının qərarı ilə yara­dılan bu maliyyə qurumu Rusiyanın hərəkətlərinə görə maddi təzminat almaqla bağlı ukraynalıların müraciətlərini qəbul edəcək. Hələlik yal­nız məlumat toplanır. Kompensasiya ödənişlərinin nə vaxt başlayaca­ğı hələlik bəlli deyil. Həm Ukrayna hakimiyyəti, həm də Avropa Şurası ümid edir ki, zərərlə bağlı ödənişlər Avropa İttifaqında həbs olunan Ru­siya fondları hesabına həyata keçiriləcək.

“Ukrayna üçün ədalətin bər­pası” adlı konfrans Niderland hö­kuməti və Avropa Komissiyasının himayəsi altında təşkil olunub. Kon­fransda müxtəlif ölkələrin rəsmiləri də iştirak ediblər. Onların arasında, məsələn, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç də vardı. Məhz bu təşkilat, Rusiya onu tərk etdikdən iki ay sonra, 17 may 2023-cü ildə Reykyavikdə keçirilən iclasda RD4U yaratmaq qərarına gəlib. Reyestr üçün başlanğıc ta­rixləri texniki problemlərə görə bir neçə dəfə təxirə salınıb. İlk növbə­də, ona görə ki, kompensasiyala­rın ödənilməsi mexanizminin necə olması ilə bağlı razılaşma yoxdur. Reykyavikdə keçirilən görüşün iş­tirakçıları yalnız Rusiyanın hərbi əməliyyatlar başa çatdıqdan sonra dəymiş ziyanı kompensasiya etmə­si ilə bağlı razılığa gəliblər.

Siyasi müşahidəçilərin fikrincə, indi bu məsələnin həll olunduğunu söyləmək olmaz. Təbii ki, Avropa İttifaqı Rusiyanın, təxminən, 260 milyard avro dəyərində aktivlə­rinə həbs qoyub. Bununla belə, Aİ hüquqi baxımdan çox mürəkkəb və təhlükəli proses hesab edərək, onların müsadirəsi prosesinə baş­lamağa tələsmir. Müsadirə edilmiş Rusiya aktivlərindən əldə edilən gəlirlərə gəlincə, Avropa Komissi­yası təklif edir ki, onlardan Ukray­na ordusu üçün silah və sursatla­rın alınması üçün istifadə edilsin. Aİ-də bu məsələ ilə bağlı müza­kirələr hələ davam edir. Üstəlik, “Politico” yazır ki, gəlirin, təxminən, 5 milyard avroluq hissəsi Moskva ilə mümkün məhkəmə prosesinin xərclərini ödəmək üçün tutulacaq. Rusiya Mərkəzi Bankının sədri El­vira Nabiullina Rusiya aktivlərini məhkəmədə müdafiə etməyə hazır olduğunu açıqlayıb. Bununla belə, qeyd etmək lazımdır ki, “Politico” bu məsələdə Belçikada yerləşən “Euroclear” depozitarına istinad edir. Xatırladaq ki, Rusiya aktivləri məhz bu depozitarın sərəncamın­dadır. Ancaq Avropa Komissiyası 5 milyard avronun müsadirə ediləcəyi barədə hər hansı bir məlumat pay­laşmayıb.

Bir sözlə, ukraynalılara təzminat ödəmək perspektivi hələ də qey­ri-müəyyən görünür. Amma Avropa rəsmilərinin fikrincə, indi məlumat toplamaq vaxtıdır. RD4U-nun mət­buat xidmətindən verilən açıqlama­da bildirilir ki, aprelin 2-dən etibarən daşınmaz əmlakı dağıdılmış və ya zədələnmiş şəxslərdən ərizələ­rin qəbuluna başlanılacaq. Bunun üçün ərizəçilər bütün sənədlər top­lusunu təqdim etməlidirlər. Əsas odur ki, zədələnmiş mənzil və ya ev üçün Ukraynanın yerli hakimiyyət orqanları tərəfindən verilən şəha­dətnamə olsun. Əgər şəhadətnamə olmasa, ərizə qəbul edilməyəcək. Bu, o deməkdir ki, yalnız Ukrayna­nın nəzarətində olan və aktiv hərbi əməliyyatların aparılmadığı ərazidə yaşayanlar reyestrə daxil ediləcək. Belə ərizələr RD4U-nun Kiyev ofi­sində qəbul olunacaq, ukraynalı­lar “Diya” proqramı vasitəsilə də sənədləri təqdim edə biləcəklər.

RD4U-nin mətbuat xidmətinin verdiyi məlumata görə, gələcəkdə kompensasiya siyahısı xeyli geniş­ləndiriləcək. Bu, həyat itkisinə görə dəymiş ziyanın ödənilməsini də əhatə edəcək. Belə çıxır ki, ukray­nalılar cəbhədə həlak olan ailə üzv­lərinə görə kompensasiyaya ümid edə bilərlər. Kiyevdə hesab edirlər ki, bu istiqamətdə işi sürətləndir­mək lazımdır. Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə konfransda çıxış edərək, təzminat fondunu bu il ərzində for­malaşmağa çağırıb. “Sizdən xahiş edirəm ki, sürətinizi azaltmayın”, – deyə o, tədbir iştirakçılarına mü­raciət edib. Haaqada şəxsən iştirak edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə konfransdan əv­vəl jurnalistlərlə söhbətində Kiyev­də reyestrin fəaliyyətini vahid pro­sesin bir hissəsi hesab etdiklərini açıqlayıb. 

S.ELAY
XQ

Dünya