Tayvanda zəlzələ: 9 nəfər ölüb

post-img

Tayvan adasının şərq sahillərində baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində 9 nəfər ölüb, 963 nəfər xəsarət alıb. Bu barədə yerli media məlumat yayıb. Zəlzələ nəticəsində bir neçə binanın dağıldığı, ölən və xəsarət alanların da həmin binaların sakinləri olduğu bildirilir. 

Qeyd edək ki, dünən yer­li vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında su­nami xəbərdarlığı elan edib. Bundan başqa, Çinin materik hissəsində və Filippində də sunami xəbərdarlığı elan olunub. Zəlzələdən sonra maqnitudası 3,4–6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.

XQ

Son xəbərlər