Politoloq Qoqolaşvili: Bakı neytraldır, lakin İrəvan Qərbə üz tutub

post-img

Ermənistan və Qərb münasibətlərin müzakirəsinin çox ilkin mərhələsindədirlər və təhlükəsizlik məsələləri, xüsusilə də təminatlar bu mərhələdə müzakirə olunmur.

“Caliber” xəbər verir ki, bunu gürcü politoloq Kaxa Qoqolaşvili Ermənistan KİV-nə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ermənistan NATO-ya üzv ölkələr üçün rəqabət aparan birlik olan KTMT-nin üzvüdür. Ona görə də Aİ bu mərhələdə Ermənistanla təhlükəsizlik məsələlərini birbaşa müzakirə edə bilməz: “Biz digər ölkələrlə Qərb arasında münasibətlərin inkişafı nümunəsini görərək standart mülahizələr irəli sürürük. Lakin hər bir ölkənin öz xüsusiyyətləri, problemləri var və Ermənistan məhz indiki mərhələdə, Rusiyanın özünü qarant kimi göstərmədiyi bir vaxtda təhlükəsizlik zəmanəti axtarır. Azərbaycan isə bloklara qoşulmur, yəni bitərəf ölkə siyasəti yürüdür”.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya