Makron: Fransa hərbi sənayesi intensiv münaqişə vəziyyətinə uyğunlaşmayıb

post-img

Fransanın müdafiə sənayesi yüksək intensivlikli münaqişəyə hazır deyil. Prezident Emmanuel Makron bu barədə “France 2” telekanalına müsahibəsində bildirib. Məlumçatı “İzvestiya.ru” verib. 

Ona sual verilib: “Fransa hərbi sənayesi gündə cəmi 100 mərmi istehsal edə bilir, Ukrayna isə bu qədər mərmini bir neçə dəqiqədə işlədir. Bu vəziyyəti o, necə qiymətləndirir?” “Müdafiə sənayemiz yüksək intensivlikli münaqişələrə uyğunlaşdırılmayıb, bu, proqnozlarımızın heç birində görünmür”, - deyə Makron cavab verib. 

Eyni zamanda Makron vurğulayıb ki, o, artıq Fransa hərbi şirkətlərinə sursat istehsalının sürətinin artırılması tələbi ilə müraciət edib.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb hazırda Ukraynada Rusiyaya qarşı faktiki olaraq müharibə aparır . O qeyd edib ki, kollektiv Qərb son hərəkətləri ilə Rusiya Federasiyasına müharibə elan edib. Lavrovun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritməyin mümkünlüyü ilə bağlı açıq bəyanatından bir neçə həftə əvvəl “NATO üzvlərini inandırıb ki, onların Kiyevin uduzmasına yol vermək hüququ yoxdur”.

P.ƏMİRCANOV
XQ

Dünya