Erməni politoloq: Ermənilər heç öz aralarında ünsiyyət qura bilmirlər

post-img

Görəsən, elə bir gün olacaq ki, heç nədən törədilmiş vəhşi qətllər barədə xəbər almayaq. Erməni xalqı yox yerdən bir-birini parçalayır.

Bu barədə politoloq Argişti Kiviryan öz Facebook səhifəsində yazıb.

“Bütün bunların səbəbi də göz qabağındadır: ermənilər bir-biri ilə normal danışmağı, bir-birini başa düşməyi belə bacarmır, adi məişət məsələlərini qışqırmadan həll etmək ənənəsi yoxdur.

Yəni ermənilər qonşuları ilə, xüsusən də türklər və azərbaycanlılarla effektiv ünsiyyət qurmaq, məsələləri həll etmək bir yana qalsın, heç öz aralarında effektiv ünsiyyət qura bilmirıər”, – deyə politoloq yazır.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya