Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb, ölənlər var

post-img

Rusiyanın Maqadan vilayətində işçiləri daşıyan Mi-8 helikopteri qəzaya uğrayıb. Məlumatı “İnterfaks.ru” verib. 

Xəbərdə bildirilir: “Mi-8 helikopteri Maqadan vilayətindəki şaxtalardan birindən 20 işçi aparırdı. O, qəzaya uğrayıb. İki nəfər ölüb, qalanlarının taleyi məlum deyil”.

Qəzanın əsas versiyaları arasında çətin hava şəraitində texniki nasazlıq və pilot xətası nəzərdən keçirilir. Hadisə Şimali Even bələdiyyəsinin Kvartsevaya təpəsi ərazisində baş verib. Helikopter Evenskdən 75 km aralıda sərt eniş edib.

“İlkin məlumatlara görə, qəza zonasında növbəli işçilərin çıxarılması zamanı çətin hava şəraiti yaranıb, texnika buna tab gətirə bilməyib, insan amili də nəzərdən keçirilir”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Kolıma Aviasiyası”na məxsus iki helikopter Moskva vaxtı ilə saat 04:45-də qəza yerinə enib. Saat 06:00-da Rusiya Fövqəladə Hallar Nazirliyinin göyərtəsində dörd əməkdaş olan daha bir helikopteri oraya yola düşüb. 

 

P.ƏMİRCANOV

XQ

Dünya