Avropa İttifaqı siyasətçi Aleksey Navalnının ölümündən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər. "Bloomberg" sənəd layihəsinə istinadən xəbər verir ki, məhdudiyyətlər müxalifətçinin öldüyü İK-3-ün bir sıra məmurlarına, hakimlərinə və əməkdaşlarına şamil oluna bilər.
Ümumilikdə, gələcək sanksiyalar siyahısına 35 fiziki və iki hüquqi şəxs daxil ola bilər. A.Navalnının İK-3-ə köçürülməzdən əvvəl qaldığı İK-6-nın əməkdaşlarına qarşı da sanksiyalar tətbiq oluna bilər.
Aleksey Navalnı martın 1-də Moskvada Borisov qəbiristanlığında dəfn edilib.
Siyasətçinin ölümündən sonra Kanada Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib. Aİ ölkələri və ABŞ da sanksiyalar tətbiq edib.
S.ELAY
XQ