Lion qatar stansiyasında biçaqlı hücum

post-img

Lion stansiyasında naməlum şəxsin bıçaqla hücum etməsi nəticəsində 3 nəfər yaralanıb.

BFMTV-nin Metropolitan Polis Prefekturasına istinadən verdiyi məlumata görə, hücum edən şəxs saxlanılıb.

Ən azı üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerli vaxtla təxminən 08:00 radələrində baş verib.

Hücum səbəbindən stansiyada qatarların hərəkəti dayandırılıb. Sərnişinlərə “alternativ marşrutlar axtarmaq tövsiyə olunur”.

S.ELAY

XQ

Dünya