AzQAC Xankəndi və digər bölgələrdə yaşayan erməni əsilli sakinlərin ehtiyaclarının qiymətləndirilməsini aparıb

post-img

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməni əsilli sakinləri ziyarət ediblər.

Cəmiyyətdən XQ-ə verilən məlumata görə, həmin görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub. Görüş zamanı AzQAC əməkdaşları sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyacları haqqında məlumat toplamaq üçün sorğu keçiriblər. Bu görüş AzQAC tərəfindən təklif edilə biləcək yardım və dəstək xidmətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilib.

Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidə yerləşən ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə ikitərəfli görüş keçirilib. Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri Xankəndidə göstərdikləri fəaliyyətlər barədə bizim nümayəndə heyətinə ətraflı məlumat veriblər. Daha sonra AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev bu görüşün hər kəs üçün çox əhəmiyyətli olduğunu bildirib və səfərin əsas məqsədini onlarla bölüşüb.































Sosial həyat