Nuland: ABŞ "S-400" problemi həll olunduqdan sonra Türkiyəni "F-35" proqramına qaytaracaq

post-img

Ankaranın aldığı Rusiya "S-400" zenit-raket kompleksləri (ZRS) ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni Amerikanın beşinci nəsil "F-35" qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır. TASS xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland CNN Türk-ə müsahibəsində bildirib.

""Patriot" hava hücumundan müdafiə sisteminin satışı ilə bağlı danışıqlar prosesindəydik, onlar davam edərkən Türkiyə fərqli istiqamətə getdi. Ona görə də bu gün bir neçə müzakirə apardıq. Şübhəsiz ki, "S-400" problemini həll edə bilsək, bu, bizim istədiyimizdir, ABŞ Türkiyəni yenidən "F-35" ailəsinə qəbul etməkdən məmnun olacaq”.

Onun sözlərinə görə, əvvəlcə başqa bir məsələnin həlli lazımdır və “Biz bunu həll etməliyik, eyni zamanda, Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin etməliyik”, - Nuland bildirib.

S.ELAY

XQ

Dünya