WhatsApp yeni texnologiya ilə işləyəcək

post-img

WhatsApp parol əvəzinə “Face ID” və “Touch ID” ni dəstəkləyəcək. 

Meta Korporasiyası iOS üçün WhatsApp-ın “Passkey” texnologiyasını dəstəkləyən beta versiyasını buraxıb. Bu barədə 9to5Mac WABetaInfo portalına istinadən  məlumat yayıb.

Bu texnologiya “Passkey” tərəfindən Apple, Google və Microsoft kimi şirkətlərlə əməkdaşlıq nəticəsində hazırlanmış texnologiyadır. Ənənəvi parollar əvəzinə istifadəçilərə parol yazmadan sifətin tanınması kimi alternativ autentifikasiya üsullarından istifadə edərək müxtəlif sistemlərə daxil olmağa imkan verir.
“WhatsApp”da Passkey-i sınamaq üçün messencerin 24.2.10.73 nömrəli beta versiyasını yükləməlisiniz.

Fidan
XQ 
 

Sosial həyat