Günay Əfəndiyeva: İnsanlarımız bu tarixi seçkilərdə həmrəylik nümayiş etdirəcəklər

post-img

Əminəm ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri 44 günlük böyük Zəfər və parlaq sentyabr Qələbəsindən sonra Azərbaycanda yeni tarixi eranın başlanğıcı kimi yadda qalacaq. Bu il müstəqilliyimizin bərpasından sonra ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, əzəli torpaqlarını qaytarmış, beynəlxalq aləmdə özünün, sözünün nüfuzunu qətiyyətlə təsdiqləmiş ölkə kimi Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Bu fikirləri  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, diplomat və ictimai xadim Günay Əfəndiyeva bildirib. 

O qeyd edib ki, bu baxımdan qardaş Türk dövlətlərinin çiyin-çiyinə irəliləməsinə daim böyük dəstək göstərən Azərbaycanda keçiriləcək prezident seçkiləri Türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Əminəm ki, bizim insanlarımız harada olursa-olsun, vətəndaş məsuliyyəti ilə öz borcunu yerinə yetirməklə yanaşı, bu tarixi seçkilərdə həmrəyliklərini bir daha nümayiş etdirəcəklər.

Anar ƏLİ
XQ

Son xəbərlər