Gürcüstanın yeni hökuməti gələn ay elan olunacaq

post-img

Gürcüstan parlamenti gələn həftə yeni baş nazir və hökumətin tərkibini təsdiq edəcək. Bu barədə jurnalistlərə parlamentin sədri Şalva Papuaşvili bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

Bir gün əvvəl baş nazir İrakli Qaribaşvili seçkiqabağı dövrdə hakim "Gürcü Arzusu" partiyasına rəhbərlik təklifi ilə əlaqədar vəzifəsindən istefa verdiyini açıqlamışdı. “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze baş nazir olacaq. Bu qərarlar fevralın 1-də keçiriləcək “Gürcü arzusu” konqresində rəsmən elan olunacaq.

“Hökumətdə və “Gürcü Arzusu”nda dəyişikliklər partiyanın oktyabrda keçiriləcək parlament seçkilərinə həmişəkindən daha güclü daxil olmasını təmin etmək məqsədi daşıyır”, - Papuaşvili bildirib.

O qeyd edib ki, Gürcüstan parlament respublikasına çevrildikdən sonra ilk dəfə olaraq baş nazirliyə namizəd parlamentdən irəli sürüləcək ki, bu da “Avropa demokratiyaları üçün xarakterikdir”.

P.ƏMİRCANOV
XQ

Dünya