“İttihamlar var ki, biz Ermənistan Respublikasının gerbindən Ararat dağının (Ağrıdağ - red.) təsvirini silməyə hazırlaşırıq. Dünyanın ən hündür dağı Everest Ermənistanın gerbində təsvir edildikdən sonra da reallıq dəyişməyəcək”.
Caliber.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan öz "Facebook" səhifəsində müvafiq yazı yayıb.
“Dövlət tostla saxlanılmır, dövlət natiqliklə, pafosla qurulmur, Vətən bayraq yandırıb-yaxmaqla xilas olmur.
Ermənistan Respublikasının dövlət rəmzlərinə gəldikdə isə biz daha incə olmalıyıq. Onlar xalqın yox, dövlətin simvoludur. Ermənistan Respublikasının gerbi əsrlər boyu dövlətsiz yaşamış erməni xalqını deyil, Ermənistan Respublikasını simvolizə edir”, – Çaxoyan yazır.
S.ELAY
XQ