Putinin Rusiya prezidentliyinə namizədliyi qeydə alınıb

post-img

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası (MSK) özünü prezidentliyə namizəd irəli sürmüş hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyini qeydə alıb. Komissiyanın rəhbəri Ella Pamfilova “yekdilliklə qəbul edildi” qərarını elan edib. Məlumatı TASS verib. 

RF Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarinanın da verdiyi məlumata görə, Putinin müdafiəsi üçün təqdim edilmiş 315 min imzadan, gözlənildiyi kimi, 60 mini yoxlama üçün təsadüfi seçilib: “Yoxlama nəticəsində 60 min imzadan 91 imza etibarsız sayılıb. Bunlar seçici məlumatlarında qeyri-dəqiqlikdir. Beləliklə, 91 etibarsız imza yoxlanılanların 0,15 faizini təşkil edir”.

Budarina dəqiqləşdirib ki, saxta imzalar yoxdur. Beləliklə, təqdim edilmiş etibarlı və etibarlı seçici imzalarının sayı 314 min 909 nəfər təşkil edib ki, bu da “namizədin qeydə alınması üçün kifayətdir”.

P.ƏMİRCANOV
XQ

Dünya