"Fitch": Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır

post-img

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" açıqlayıb ki, Ermənistan iqtisadiyyatı ticarət və enerji sahəsində Rusiyadan güclü şəkildə asılıdır.

Bununla yanaşı, agentlik İrəvanla Moskva arasında gərgin münasibətləri qeyd edərək, yaxın gələcəkdə Rusiyadan ciddi diversifikasiya gözləmir.

“Ermənistan Rusiyanın bank sektorundakı müəssisələrinə qarşı Qərb sanksiyalarını tətbiq etməkdə davam edir. Bununla belə, 2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin ilk üç rübündə Ermənistanın ixracının 51 faizi, idxalının isə 30 faizi Rusiyanın payına düşüb”, - “Fitch”in hesabatında deyilir.

Agentlik Cənubi Qafqazdakı geosiyasi risklər barədə xəbərdarlıq edir:"Fikrimizcə, geosiyasi risklər davam edir, çünki iki ölkə arasında bir neçə mübahisəli məsələ qalır, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək quru əlaqəsinin açılması və bəzi ərazilərdə sərhədin demarkasiyası".

"Fitch" ekspertləri, həmçinin bildiriblər ki, “dövlət borcunun xarici valyutada yüksək (azalsa da) payı, nisbətən zəif xarici maliyyələşdirmə və maliyyə sektorunun yüksək dollarlaşması var. Büdcə kəsiri 2024-cü ildə müvəqqəti olaraq 4,5 faizə yüksələcək. "Fitch"in dramın zəifləməsi ilə bağlı gözləntiləri 2024-2025-ci illərdə orta hesabla 3,9 faiz olmaqla inflyasiyanın daha yüksək olmasına səbəb olacaq”.

S.ELAY

XQ

 

Dünya