Reuters: Hindistan Rusiya silahlarından imtina edərək Amerika silahlarına üstünlük verir

post-img

“Reuters” Hindistan hökumətindəki mənbələrə istinadən yazır ki, Hindistan Moskva ilə münasibətləri saxlamağa çalışmaqla yanaşı, Rusiyadan silah tədarükündən imtina edir. Agentliyin qeyd edir ki, Ukraynada müharibə başlayandan sonra tədarük həcmi azalıb.

"Reuters"in Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna istinadla verdiyi məlumata görə, Rusiya son 20 ildə Hindistana silah tədarükünün 65%-ni təmin edib.

Mənbələr bildiriblər ki, 2022-ci ildən tədarükün azalmasına baxmayaraq, Rusiya Hindistana müasir helikopter və qırıcı təyyarələrin tədarükü, həmçinin birgə istehsal təklif edib. Bununla belə, "Reuters" qeyd edir ki, Hindistan hakimiyyəti ABŞ-dan silah almağa meyllidir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, son bir neçə ildə Rusiyadan silah ixracı azalıb. 2018-ci ildən 2022-ci ilə qədər silah ixracı 31% azalıb. "Rostex" xəbər verir ki, Rusiya artıq sanksiyaları dəstəkləyən dövlətlərə, eləcə də üçüncü ölkələrə silah ixrac edən dövlətlərə silah vermir.

S.ELAY

XQ

Dünya