Bayden Konqresi F-16 qırıcılarının Türkiyəyə satışına icazə verməyə çağırıb

post-img

ABŞ Prezidenti Co Bayden Senatın Xarici Əlaqələr Komitəsi və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbərlərinə yazdığı məktubda Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdikdən sonra F-16 təyyarələrinin Türkiyəyə satışını təsdiqləməyə çağırıb. Bu barədə “Bloomberg”ə istinadən “İnterfaks.ru” məlumat yayıb.

Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olmasına razılıq verməsi Vaşinqtonun Ankaraya döyüş təyyarələri satması üçün ilkin şərt idi.

Xəbər verdiyimiz kimi, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasına səs verib. 287 deputat ratifikasiyanın lehinə, 55-i əleyhinə səs verib. Hazırda sənəd imzalanmaq üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərilib.

P.ƏMİRCANOV

XQ

Dünya