Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəklədi

post-img

Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya daxil olması ilə bağlı qərarın ratifikasiyasına səs verib. Bu barədə “Anadolu” xəbər verib.

Müvafiq qanun layihəsini 287 deputat dəstəkləyib, 55 deputat əleyhinə səs verib. Sənəd imzalanmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndəriləcək.

Türkiyədə ratifikasiya prosesi başa çatdıqdan sonra Macarıstan İsveçin alyansa üzvlüyünü hələ təsdiq etməyən yeganə ölkə olacaq.

Dünən Macarıstanın Baş naziri Viktor Orban isveçli həmkarı Ulf Kristerssonu İsveçin NATO-ya daxil olması ilə bağlı danışıqlar aparmaq üçün Macarıstana səfərə dəvət edib .

P.ƏMİRCANOV

XQ

Dünya